XƏBƏR LENTİ

06 Dekabr 2019
05 Dekabr 2019

Digər Xəbərlər

24 Aprel 2019 - 14:22

Qum qasırğası İranı “uçurur” –Məktəblər bağlandı

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Mircavə rayonunda qum qasırğasına görə bütün məktəblərin fəaliyyəti dayandırılıb.

Bunu İranın Sistan və Bəluçestan vilayəti Mircavə rayonu qubernatoru Fərhad Sərhədi deyib.

F.Sərhədinin sözlərinə görə, güclü qum qasırğası ötən gündən Sistan və Bəluçestan vilayətinin şimal və mərkəzi hissələrində başlayıb: “Mircavə rayonunda qum qasırğasının sürəti saatda 80 kilometrə çatıb. Hava proqnozlarına görə, Sistan və Bəluçestan vilayətində sabah da güclü külək davam edəcək”. (Trend)