XƏBƏR LENTİ

27 May 2019
26 May 2019

Digər Xəbərlər

24 Aprel 2019 - 14:44

Neftçilər Xəstəxanasının baş direktoru vəzifədən getdi –Səbəbi bilinmir

Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Ülvi Mirzəyev öz istəyi ilə vəzifəsindən gedib. Bu barədə Medicina.az-a xəstəxanadakı mənbə məlumat verib.

Ü.Mirzəyev bu vəzifəyə səhiyyə naziri Oqtay Şirəliyevin ötən il oktyabrın 1-də imzaladığı əmrlə təyin olunmuşdu.

Qeyd edək ki, Ülvi Mirzəyev ixtisasca kardioloqdur. O, tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Kardiologiya Cəmiyyətinin İnvaziv işçi qrupunun rəhbəridir.

Baş direktorun istefası Mərkəzi Neftçilər Xəstəxanasında ilk belə hadisə deyil. Ülvi Mirzəyevdən əvvəlki baş direktor Hikmәt Hәsәnov da öz istəyi ilə işdən getmişdi.