XƏBƏR LENTİ

18 Avqust 2019
17 Avqust 2019

Digər Xəbərlər

15 May 2019 - 10:52

Azərbaycanın şimal-qərb bölgəsinə güclü dolu yağıb- Meyvə ağaclarına və tərəvəz bitkilərinə ciddi ziyan dəyib+FOTO

Mayın 14-dən 15-nə keçən gecə ölkənin şimal-qərb rayonlarında qeyri-sabit hava şəraiti hökm sürüb.

Bölgənin dağətəyi ərazilərinə qısamüddətli yağış yağıb. Qeyri-sabit hava şəraiti ən çox Şəki şəhərinin və ətraf kəndlərin ərazilərində özünü göstərib. Gecə saat 01:40 radələrində Şəki şəhəri və bir neçə dağətəyi kəndlərə 10-15 dəqiqə ərzində küləklə müşahidə edilən dolu yağıb.

Yerli sakinlərin verdiyi məlumata görə, güclü dolu nəticəsində meyvə ağaclarına və tərəvəz bitkilərinə ciddi ziyan dəyib.

Qeyri-sabit hava şəraiti nəticəsində Şəki ilə yanaşı Zaqatalaya da dolu yağıb.

ONA-nın məlumatına görə, rayonun Car, Muxax və bir neçə dağətəyi kəndlərinə dolu yağması nəticəsində təsərrüfata ciddi ziyan dəyib.