XƏBƏR LENTİ

06 Dekabr 2019
05 Dekabr 2019

Digər Xəbərlər

15 May 2019 - 13:46

Səfir:"ABŞ azərbaycanlı fermerlərə kömək edə bilər"

“Azərbaycanlı fermerlərə yeni bazarları, o cümlədən Qərbi Avropada, eləcə də ABŞ-da bazarları araşdırmağa kömək edə bilərik”.

Bunu  ABŞ-ın Azərbaycandakı səfiri Örl Litsenberqer Bakıda keçirilən 13-cü Azərbaycan Kənd Təsərrüfatı Sərgisi (Caspian Agro 2019) çərçivəsində deyib.

“Tədbirdə iştirak etməkdən çox məmnunam. ABŞ-ın bu sərgidə iştirakını görməkdən məmnunam. Hesab edirəm ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üzrə səylərin bir hissəsi kimi ölkəyə kənd təsərrüfatı sektorunun inkişafında kömək etmək üçün ABŞ-ın böyük potensialı var”, – o bildirib.

Səfir, həmçinin qeyd edib ki, ABŞ bu sahənin məhsuldarlığının artırılmasına yardım edə bilər. /Report