XƏBƏR LENTİ

19 İyul 2019
18 İyul 2019

Digər Xəbərlər

15 May 2019 - 18:44

ABŞ səfiri:"Təmas xəttində zorakılığın azaldığını və başqa müsbət impulsları görürük"

“Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında yüksək səviyyədə görüş nəticəsində təmas xəttində zorakılığın azaldığını və başqa müsbət impulsları görürük”.

“Report” “Panarmenian”a istinadən xəbər verir ki, bunu ABŞ-ın Yerevandakı səfiri Linn Treysi mayın 15-də jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan rəsmiləri arasında təmaslar ruhlandırıcıdır.

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüşün keçirilməsi məsələsinə gəlincə səfir deyib ki, hazırda ATƏT-in Minsk qrupu formatında belə bir görüş barədə informasiyaya malik deyil.