XƏBƏR LENTİ

23 May 2019

Digər Xəbərlər

16 May 2019 - 20:03

Hərbi Hava Qüvvələrinin bölmələrində döyüş vərdişləri yoxlanıldı –VİDEO

2019-cu ilin döyüş hazırlığı planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) hissə və bölmələri arasında “Ən yaxşı heyət” və “Ən yaxşı kiçik mütəxəssis” adı uğrunda yarışlar keçirilib.

Strateq.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, qoşunların silahlanmasında olan müxtəlif döyüş texnikasının heyət və ekipajlarının cəlb olunduğu yarışlarda şəxsi heyətin döyüş tapşırıqlarını yerinə yetirməsi üzrə nəzəri bilikləri, praktiki vərdişləri və fiziki hazırlıqları yoxlanılıb.

Sonda normativləri yüksək səviyyədə yerinə yetirən heyətlər komandanlıq tərəfindən mükafatlandırılıb.