XƏBƏR LENTİ

16 Sentyabr 2019
15 Sentyabr 2019
14 Sentyabr 2019

Digər Xəbərlər

22 May 2019 - 19:03

Çinin xarici işlər naziri Azərbaycana gəlir- Bu tarixdə

Çinin xarici işlər naziri Vanq Yi Azərbaycana səfər edəcək.

ONA-nın Çinin Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazir mayın 20-dən 27-nə kimi regionda səfərdə olacaq.

Nazir artıq Tacikistan v’ Qırğızıstana səfər edərək, Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin iclasına qatılıb. Sabah onun Gürcüstana səfəri başlayır. Nazirin proqramına Azərbaycan və Ermənistana səfər də daxildir.

Azərbaycana səfər xarici işlər naziri Elmar Məmmədyarovun dəvəti ilə gerçəkləşəcək.