XƏBƏR LENTİ

18 İyun 2019
17 İyun 2019

Digər Xəbərlər

25 May 2019 - 15:11

Gorançayda daşqın olub- İntensiv leysan yağışı nəticəsində

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə mayın 24-ü gündüz qərb rayonlarında, 25-də gecə və səhər bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb, Daşkəsən-Gədəbəy zonasında intensiv olub, dolu düşüb.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, düşən yağıntının miqdarı Çaykənddə (Göygöl) 21, Daşkəsəndə 20 (aylıq normanın 20 faizi), Gədəbəydə 19 (aylıq normanın 17 faizi), Tərtərdə 17 (aylıq normanın 33 faizi), Ağdərədə (Ordubad) 12, Göygöldə 9, Astarada 7, Balakəndə 6, Beyləqan, İmişli, Sarıbaş (Qax), Gəncədə 5, Kürdəmirdə 4, Cəfərxan (Saatlı), Ceyrançöl, Zaqatala, Naftalanda 3, Bərdə, Mingəçevir, Göyçay, Zərdab, Neftçala, Ağstafa, Şəmkir, Tovuzda 2, Şərur, Yevlax, Sabirabad, Salyan, Hacıqabul, Biləsuvar, Ağsu, Kişçayda (Şəki) 1 millimetr olub.

Tərtər rayonu ərazisində saat 17:55-dən 18:40-dək 45 dəqiqə ərzində şiddətli göy gurultusu ilə müşahidə olunan leysan yağışı yağıb, Yuxarı Ağcakənd ərazisində saat 16:17-dən 16:19-dək 2 dəqiqə ərzində diametri 13, Daşkəsəndə saat 17:04 radələrində diametri 16 millimetr olan dolu düşüb.

Yuxarı Ağcakənd ərazisində yağan intensiv leysan yağışı nəticəsində Gorançayda daşqın olub.

Qərb küləyi əsib, sürəti Daşkəsəndə saniyədə 28 , Ağdamda 20, Şahdağda 16 metrədək güclənib.