XƏBƏR LENTİ

18 İyun 2019
17 İyun 2019

Digər Xəbərlər

25 May 2019 - 20:11

Səfər Mehdiyev “Mazımçay” gömrük postunda olub- FOTO

Mayın 25-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda mövcud vəziyyətlə tanış olub.

DGK-dən ONA-ya verilən məlumata görə, Səfər Mehdiyev Gürcüstanla dövlət sərhədində yerləşən “Mazımçay” gömrük postunda gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib, bu istiqamətdə görülmüş tədbirlərin səmərəliliyi barədə Komitə sədrinə məlumat verilib.

Səfər Mehdiyev dövlət sərhədindən keçən şəxslərin və nəqliyyat vasitələrinin daha asan və sürətli keçidinin təmin edilməsi, eləcə də sərhədkeçmə prosesinin sürətli, şəffaf və maneəsiz şəkildə reallaşdırılmasına dair tapşırıq və tövsiyələrini verib.