XƏBƏR LENTİ

18 Avqust 2019
17 Avqust 2019

Digər Xəbərlər

25 May 2019 - 20:31

Güclü külək Qusarda məktəbin və evlərin damını uçurub- FOTO

Güclü külək Qusarda fəsadlar törədib.

ONA-nın şimal bürosunun verdiyi məlumata görə, bu gün axşam saatlarında əsən güclü külək Qusar şəhər 2 saylı məktəbin dam örtüyünü uçurub. Külək rayonun bəzi kəndlərində yaşayış evlərinin damlarını da ziyan vurub. Ağacların yollara aşması nəticəsində bəzi istiqamətlərdə avtomobillərin hərəkəti məhdudlaşıb. Rayonun elektrik təsərrüfatına ciddi ziyan dəyib, elektrik enerjisinin verilişi dayandırılıb.

Dəyən ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.