XƏBƏR LENTİ

16 Sentyabr 2019
15 Sentyabr 2019
14 Sentyabr 2019

Digər Xəbərlər

11 İyun 2019 - 15:34

Tokayevin inauqurasiya mərasiminə xarici qonaqlar dəvət edilməyəcək –Açıqlama

Qazaxıstanın yeni seçilmiş prezidenti Kasım-Jomart Tokayevin inauqurasiya mərasimi xarici qonaqlar olmadan keçiriləcək.

“İnterfaks-Qazaxıstan” xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Berik Kurmanqali bildirib.

Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov isə, öz növbəsində, qeyd edib ki, Qazaxıstanda akkreditə olunmuş diplomatik korpus mərasimə dəvət olunub.

Qeyd edək ki, Qazaxıstanın yeni prezidenti iyunun 12-də paytaxt Nur-Sultan şəhərində and içəcək.

Report