XƏBƏR LENTİ

18 İyun 2019
17 İyun 2019

Digər Xəbərlər

13 İyun 2019 - 14:29

 Fövqəladə Hallar Nazirliyi:"Qobustan qəsəbəsində dağlıq ərazidə yanğın başlayıb"

Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsi yaxınlığında dağlıq ərazidə yanğın başlayıb. 

Strateq.az Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Qobustan qəsəbəsi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Aviasiya dəstəsinin 1 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub. İlkin məlumata görə, dağlıq ərazidə 2 ha sahədə quru ot və kol-kos yanır. Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.