XƏBƏR LENTİ

16 Sentyabr 2019
15 Sentyabr 2019
14 Sentyabr 2019

Digər Xəbərlər

13 İyun 2019 - 14:43

Sarukyan Paşinyana meydan oxudu –Məşhur oliqarx polisin çağırış vərəqini cırıb atdı

 

“Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Sarukyanın istintaqı baş tutmayıb.

Strateq.az eadaliy-yə istinadən bildirir ki, o, Ermənistanın İstintaq Komitəsinə gəlməyib.

Sarukyan iyunun 12-də istintaq qurumuna gəlmək bildirişi alıb, amma göstərilən vaxtda idarəyə baş çəkməyib. Polisin məlumatına görə, ÇEP lideri rəsmi bildirşi cıraraq atıb.

Respublikanın deputatı və böyük iş adamını “Vətəndaş müqaviləsi” partiyasından şəhər merliyinə namizəd Qriqor Qulyanın seçkiqabağı qərargahlarından birinə başçılıq etmiş Abovyan sakini Vaan Saribekyanın avtomobilinə od vurmaq üzrə işə görə istintaqa çağırıblar. Bəzi yerli KİV-lərin məlumatına görə, hadisənin arxasında ÇEP təmsilçiləri var.

Sarukyanın özü bunu “quraşdırma iş” adlandırıb.