XƏBƏR LENTİ

16 İyul 2019
15 İyul 2019

Digər Xəbərlər

18 İyun 2019 - 09:45

İran nüvə silahının yayılmaması müqaviləsindən çıxa bilər –Səbəb

İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) iştirakçı ölkələri nüvə sazişinin qorunması üçün lazımi addımlar atmayacaqları təqdirdə, İran Nüvə Silahının Yayılmamasına dair Müqavilədən (NSYM) çıxmaq məsələsinə baxacaq.

Bunu bazar ertəsi parlamentin Atom məsələləri komitəsinin sədri Müctəba Zonnur deyib.

“BHFP-nin digər iştirakçı ölkələri lazımi tədbirlər görməyəcəkləri təqdirdə, biz nüvə sövdələşməsinə əlavə olan Əlavə protokolun icrasını dayandıracaq, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə əməkdaşlığımıza yenidən baxacaq və Nüvə Silahının Yayılmaması Müqaviləsindən çıxmaq məsələsini nəzərdən keçirəcəyik”, – deyə IRIB teleradio yayım korporasiyası onun sözlərini sitat gətirib.

M.Zonnur izah edib ki, burada söhbət nüvə sazişi çərçivəsində öz öhdəliklərini tam yerinə yetirməyən Avropa ölkələrindən gedir. /Report