XƏBƏR LENTİ

20 İyul 2019
19 İyul 2019

Digər Xəbərlər

19 İyun 2019 - 21:32

Azərbaycanda 924 əkiz, 33 üçəm doğulub- Bu ilin 4 ayında

Azərbaycanda bu ilin dörd ayı ərzində doğulan körpələrin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən (DSK) “Report”a verilən məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin dörd ayı ərzində 44741 doğulan körpə qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (13,8) qalıb. Doğulanların 53,5 faizi oğlan, 46,5 faizi isə qız uşaqlarıdır.

Körpələrdən 924-ü əkiz, 33-ü isə üçəm doğulanlardır.