XƏBƏR LENTİ

16 İyul 2019
15 İyul 2019

Digər Xəbərlər

24 İyun 2019 - 11:00

ADNSU-nun bəzi tələbələri iyun ayı üçün təqaüd almayacaq? –AÇIQLAMA

“Azərbaycan Universitetləri” facebook səhifəsi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bakalavr 4-cü kurs və magistr 2-ci kurs tələbələrinə iyun ayı üçün təqaüdlərin verilməyəcəyi barədə məlumat paylaşıb.

Məsələ ilə bağlı universitetin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov  bildirib ki, yazılanlar cəfəngiyyatdır.

“Hansı əsasla yazdıqları bəlli deyil. Hər il olduğu kimi istər bakalavr 4-cü kurs, istər magistr 2-ci kurs tələbələri təqaüdlərini tam şəkildə alacaqlar. Yazılanlar tamamilə yanlışdır”, – deyə, qurum rəsmisi bildirib.