XƏBƏR LENTİ

21 İyul 2019
20 İyul 2019
19 İyul 2019

Digər Xəbərlər

24 İyun 2019 - 16:38

Samux rayonunda aviabomba aşkarlandı –Əməliyyat + FOTO

Samux rayonunda aviabomba aşkar edilib. 

Strateq.az ANAMA-ya istinadla bildirir ki, Daxili İşlər Nazirliyindən Agentliyə Samux rayonu, Qaraağaclı kəndi ərazisində aşkar olunmuş 1 ədəd mərminin zərərsizləşdirilməsi üçün müvafiq tədbirlərin görülməsi barədə məktub daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ərazidə su kanalına baxış keçirilib. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd aviobomba (FAB-50) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aviabombanın ətrafında 100 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.