XƏBƏR LENTİ

21 İyul 2019
20 İyul 2019
19 İyul 2019

Digər Xəbərlər

26 İyun 2019 - 12:41

Türkiyə səfirliyi araşdırma aparır- Bakını işğaldan azad edən türk əsgərlərinin Gürcüstandakı məzarları ilə bağlı

Türkiyənin Gürcüstandakı səfirliyi Marneuli rayonunun Qızılhacılı kənd qəbiristanlığında 1918-ci ildə Bakının işğaldan azad olunmasında iştirak etmiş türk əsgərlərinin məzarları ilə bağlı araşdırmalar aparır.

Bu barədə “Report”un yerli bürosuna açıqlamasında Türkiyənin Gürcüstandakı hərbi attaşesi, polkovnik Bülent Akdeniz bildirib.

Onun sözlərinə görə, 8 türk əsgərinin uyuduğu ehtimal olunan məzarlıqla bağlı Türkiyənin aidiyyəti qurumları ilə yazışmalar aparılır: “Həmin əsgərlərlə bağlı daha geniş məlumat əldə etmək məqsədilə işlər davam etdirilir. Türkiyənin hərbi və milli arxivləri vasitəsilə həmin əsgərlərin kimliyini müəyyən etməyə çalışırıq”.

Qeyd edək ki, bu ilin mayın 18-də Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Qızılhacılı qəbiristanlığında türk əsgərlərinin məzarlarının olduğu yerlə tanış olub. Səfir məzarlığın abadlaşdırılaraq xatirə lövhəsinin qoyulacağını bildirib. Qızılhacılı kənd ağsaqqallarının bildirdiyinə görə, türk əsgərləri Bakının işğaldan azad olunmasından sonra Türkiyəyə qayıdarkən xəstəliyə yoluxaraq vəfat ediblər.