XƏBƏR LENTİ

21 İyul 2019
20 İyul 2019
19 İyul 2019

Digər Xəbərlər

26 İyun 2019 - 14:30

Minsk-2019:Ruslan Lunyov final mərhələsinə yüksəlib

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının güllə atıcılığı yarışları davam edir.

APA-nın məlumatına görə, kişilərin kiçikçaplı tapança ilə 25 metrdən sürətli atəş açma yarışında təsnifat mərhələsi başa çatıb.

Azərbaycan təmsilçisi Ruslan Lunyovun çıxışı uğurlu alınıb. İki gün davam edən təsnifat mübarizəsində idmançımız 573 xal yığıb.

Təcrübəli güllə atıcısı bütün rəqiblərini qabaqlayaraq mərhələnin qalibi olub. O, bu gün axşam saatlarında medallar uğrunda mübarizə aparacaq 8 atıcı arasında yer alıb.