XƏBƏR LENTİ

23 Oktyabr 2019
22 Oktyabr 2019

Digər Xəbərlər

26 İyun 2019 - 18:21

Kəmaləddin Heydərov:"İlkin versiyaya görə yanğın quru otdan başlayıb"

İlkin versiyaya görə yanğın quru otdan başlayıb. Bir neçə evin dam örtüyünə zərər dəyib. Ciddi bir şey yoxdur.

Bunu Xətai rayonu, Zığ şossesində fərdi yaşayış evlərində yanğın baş verən əraziyə gedən Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və digər qurumları yanğının qarşısını vaxtında alıb və söndürüblər. O deyib: “Bura altı hektar boş ərazidir. Buranın çoxu özəl və baxılmayan ərazilərdir. Nə vaxtsa alınıb, amma ərazidə heç bir təhlükəsizlik, suvarma və digər başqa işlər görülməyib. Yay aylarında quru otdan yanğınlar olur və bunu böyük faciə hesab etmək lazım deyil. Bu hadisənin səbəbləri araşdırılacaq ki, yanğının mənbəyi haradan başlayıb. Yəqin ki, kameralar həmin anı qeydə alıb. Əgər təxribat deyilsə, bu, adi yanğın hadisəsidir”.

Nazir qeyd edib ki, insanlar diqqətli olmalıdırlar. Rayonlarda biçilmiş əraziləri yandırırlar. Bunu etmək olmaz. Həmin yanğınlar sonradan biçilməmiş ərazilərə və meşələrə keçir. İnsanların özlərinə zərər gələ bilər. Bu, çox diqqət tələb edən məsələdir(azərtac).