XƏBƏR LENTİ

19 Sentyabr 2019
18 Sentyabr 2019

Digər Xəbərlər

27 İyun 2019 - 15:23

BŞİH əməkdaşları Şıx çimərliyində şlaqbaumları götürüb –Sahibkarlara xəbərdarlıq edilib

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞHİ) Ticarət və xidmət departamenti paytaxtdakı çimərliklərə baxış keçirməyə başlayıb.

“Report” xəbər verir ki, Departamentin əməkdaşları əvvəlcə Şıx çimərliyində olub.

Həmin çimərlikdə 9 müxtəlif məkana baş çəkilib, orada olan qapılar və şlaqbaumlar, habelə qiymət yazılan lövhələr götürülüb. Eyni zamanda, sahibkarlara xəbərdarlıq edilib ki, çimərlik ərazilərinə giriş pulsuzdur, əhalidən yalnız xidmətə görə pul almaq olar.

Qeyd edək ki, çimərlik ərazilərinin pulsuz olması ilə bağlı qaydalar özəl çimərliklərə aid deyil.