XƏBƏR LENTİ

14 Oktyabr 2019
13 Oktyabr 2019
12 Oktyabr 2019

Digər Xəbərlər

11 İyul 2019 - 11:12

27 yaşlı qadın qarpızdan zəhərlənib öldü –Biləsuvarda

Biləsuvar rayonunda qarpızdan zəhərlənmə ölümə səbəb olub.

Strateq.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun İsmətli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1992-ci il təvəllüdlü Əlizadə Cəmilə zəhərlənmə əlamətləri ilə rayon xəstəxanasına daxil olub.

Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, qadın yediyi qarpızdan zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.