XƏBƏR LENTİ

18 Avqust 2019
17 Avqust 2019

Digər Xəbərlər

11 İyul 2019 - 17:26

“Qarabağ” – “Partizani” oyununun biletləri satışda:2 manatdan 50 manata qədər qiymət qoyulub

“Qarabağ”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniya “Partizani”si ilə keçirəcəyi cavab oyunu üçün biletlər satışa çıxarılıb.

Strateq.az xəbər verir ki, ən ucuz biletə 2 manat qiymət qoyulub. Satışda 5 manat, 10 manat və VİP sektora 50 manata da biletlər mövcuddur.

Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, “Gənclik”, 28 Mall, “Park Bulvar”dakı iTicket satış məntəqələrindən, ASAN Xidmətin 2 və 3 saylı (Yasamal, “AMAY T/M) mərkəzlərindən əldə etmək olar.

Qeyd edək ki, iyulun 17-də “Dalğa Arena”da keçiriləcək “Qarabağ” – “Partizani” matçı saat 21:00-da start götürəcək.