XƏBƏR LENTİ

16 Sentyabr 2019
15 Sentyabr 2019

Digər Xəbərlər

11 İyul 2019 - 22:15

Avropa Liqası:"Səbail" - "Universitatya"ya uduzdu

Bu gün Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Rumıniyanın “Universitatya” komandası ilə qarşılaşan “Səbail” uduzub.

Strateq.az xəbər verir ki, oyunda hesabı 13-cü dəqiqədə qonaqlar açıb – 0:1.

Bundan 20 dəqiqə sonra komandamız hesaba tarazlıq gətirib – 1:1.

Lakin qonaqlar 51-ci və 67-ci dəqiqələrdə daha 2 qol vurublar. Görüşün 82-ci dəqiqəsində Ramazanov hesabı 2:3 edib.

Hesab bu nəticə ilə bitib – 2:3.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 18-də Krayovada olacaq.