XƏBƏR LENTİ

14 Oktyabr 2019
13 Oktyabr 2019
12 Oktyabr 2019

Digər Xəbərlər

12 İyul 2019 - 12:56

Daha bir dənizkənarı istirahət mərkəzi cərimələndi –Səbəb

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.

Strateq.az DİN-ə istinadla xəbər verir ki, növbəti belə tədbir Sumqayıt şəhəri ərazisində keçirilib: “Reyd zamanı “Alma” istirahət mərkəzində çirkab suların dənizə axıdılması faktı aşkar edilib və A.Quliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci (su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin kommunal və digər obyektlərin istismar edilməsi) maddəsinin tələbini pozduğuna görə protokol tərtib edilib”.

Məlumata görə. bu istiqamətdə tədbirlər davam etdirilir.