XƏBƏR LENTİ

14 Noyabr 2019
13 Noyabr 2019

Digər Xəbərlər

12 İyul 2019 - 19:32

BNA:"Baku Bus"a məxsus avtobuslarda kondisionerlərin işlək vəziyyətdə olması ilə bağlı göstəriş verilib"

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda sərnişindaşıma ilə məşğul olan “Baku Bus” MMC-nin bəzi avtobuslarında kondisionerlərin işləməməsinə münasibət bildirib.

Agentliyin mətbuat katibi Mais Ağayev “Report”a açıqlamasında deyib ki, kondisionerlərin işlək vəziyyətdə olması ilə bağlı sürücülərə göstəriş verilib.

“Ara-sıra hansısa avtobusda kondisioner işləməyə bilər. Bununla bağlı BNA-nın 141 nömrəli Qaynar Xəttinə müraciətlər daxil olur və yaranmış problem dərhal aradan qaldırılır”, – deyə o qeyd edib.

Xatırladaq ki, son vaxtlar “Baku Bus”a məxsus 5, 6 və 125 nömrəli avtobuslarında kondisionerlərin işlək vəziyyətdə olmaması hallarına rast gəlinir.