XƏBƏR LENTİ

18 İyul 2019
17 İyul 2019

Digər Xəbərlər

12 İyul 2019 - 20:00

“Azərsu”:"Şəmkirçay sutəmizləyici qurğusunun inşası bu il başa çatdırılacaq"

Bu ilin sonuna qədər Şəmkirçay sutəmizləyici qurğunun inşasının başa çatdırılması nəzərdə tutulub.

Bu barədə “Report”a “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə, qurğu istifadəyə verildikdən sonra Gəncə şəhərinin, Samux və Şəmkir rayonlarının, təxminən, 300 min sakininin içməli su ilə təminatı yaxşılaşacaq.

“Qurğunun məhsuldarlığı sutkada 140 min kubmetr olacaq. Bu mənbədən Gəncə şəhərinə 27,5 km, Şəmkir şəhərinə isə 16,5 km uzunluğunda magistral su kəmərləri inşa edilib”, – deyə o əlavə edib.