XƏBƏR LENTİ

18 İyul 2019
17 İyul 2019

Digər Xəbərlər

12 İyul 2019 - 20:22

Fransa-Qafqaz Dostluq Qrupunun üzvləri Azərbaycana gələcək

Bu il sentyabr ayının sonunda Fransa Milli Asambleyasındakı Fransa-Qafqaz Dostluq Qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Oureliya Buşez 14 iyul – Fransa Milli Gününə həsr olunmuş tədbirdə məlumat verib.

İki ölkə parlamentləri arasındakı əməkdaşlığın inkişaf etdiyini qeyd edən diplomat həmçinin elə bu həftə Fransanın 70-dək şirkətinin başçılarından ibarət nümayəndə heyətinin Azərbaycana səfər etdiyini xatırladıb.