XƏBƏR LENTİ

18 İyul 2019
17 İyul 2019

Digər Xəbərlər

12 İyul 2019 - 23:27

Yollara və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirildi- Küləklə əlaqədar

Bakı Nəqliyyat Agentliyi Bakıda faktiki hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Agentlikdən Trend-ə verilən məlumatda bildirilir ki, hazırda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyyatlı olmaq tövsiyə edilir:

“Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir.

Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olan zaman yollarda müəyyən edilən surət həddinə və yol nişanlarının tələblərinə əməl etsinlər.

Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib.

Hər hansı bir narahatlıq olduğu zaman Bakı Nəqliyyat Agentliyi 141 Çağrı Mərkəzinə zəng etmənizi xahiş edirik”.