XƏBƏR LENTİ

18 Avqust 2019
17 Avqust 2019

Digər Xəbərlər

17 İyul 2019 - 22:49

“Grand Prix 2019”:Şəhriyar Məmmədyarov yarımfinala vəsiqə qazanıb

Riqada FIDE-nin və “World Chess” şirkətinin birgə təşkil etdiyi “Grand Prix 2019” seriyasının ikinci mərhələsi çərçivəsində dörddəbir finalda mübarizə aparan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov uğurla çıxış edib.

AZƏRTAC xəbər verir ki, təmsilçimiz polşalı Kriştof Duda ilə klassik şahmatda hər iki partiyanı heç-heçə başa vurduqdan sonra rəqibi ilə tay-brekdə görüşüb və qarşılaşma şahmatçımızın qələbəsi ilə başa çatıb. Şəhriyar Məmmədyarov yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, Qran-Prinin nəticələrinə görə ən çox xal toplayacaq iki şahmatçı iddiaçılar turnirinə vəsiqə qazanacaq.

Beynəlxalq turnirə iyulun 21-də yekun vurulacaq.