XƏBƏR LENTİ

23 Avqust 2019
22 Avqust 2019

Digər Xəbərlər

17 İyul 2019 - 23:47

Komitə sədri müvəqqəti saxlama yerlərinə baş çəkdi:"Nəticə qənaətbəxşdir"

İşgəncələrə Qarşı Komitənin sədri Tural Hüseynov Bakı Şəhərinin yeni istifadəyə verilmiş müvəqqəti saxlama yerlərində, o cümlədən Abşeron polis şöbəsində və  Sumqayıt polis idarəsində növbəti başçəkmə həyata keçirib.

Komitədən Strateq.az-a verilən məlumata görə, monitorinq sıra ardıcılığı ilə Xətai, Yasamal, Səbail, Abşeron və Sumqayıtda həyata keçirilib.

Yeni təmir olunmuş müvəqqəti saxlama yerlərində standartlara uyğun şərait yardılıb,  saxlanılan şəxslərin qalma şəraiti yaxşılaşdırılıb, müsbətə doğru işlər görülüb.

Ümumi baş çəkilən  5 müvəqqəti saxlama yerində  saxlanılan şəxslərdən işgəncə və qeyri -insani rəftarla  bağlı şikayət daxil olmayıb. Monitorinqdə komitənin əməkdaşları Seymur Salmanov və Qartal Hüseynov iştirak ediblər. 

Komitə nəticələri qənaətbəxş sayıb.