XƏBƏR LENTİ

12 Dekabr 2019
11 Dekabr 2019

Digər Xəbərlər

18 İyul 2019 - 10:56

Abşeron rayonunda suyun verilməsi nə vaxt bərpa olunacaq? –"Azərsu"dan açıqlama

Abşeron rayonunun bəzi ərazilərində içməli suyun verilməsində müşahidə edilən məhdudiyyətlər bir neçə saat ərzində aradan qaldırılacaq.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının  verdiyi məlumata görə, magistral su kəməri üzərindəki tənzimləyici siyirtmədə yaranmış nasazlığın aradan qaldırılması ilə əlaqədar ASC-nin əməkdaşları gecəboyu işləyiblər, işlər hazırda da davam edir: “Bir neçə saatdan sonra işlər yekunlaşacaq və suyun verilməsi bərpa olunacaq”.

Qeyd edək ki, yaranmış nasazlığın aradan qaldırılması ilə əlaqədar artıq bir neçə gündür Xırdalan şəhəri və Masazır qəsəbəsinə, həmçinin Binəqədi qəsəbəsinin Gülüstan yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər var. /APA