XƏBƏR LENTİ

23 Avqust 2019
22 Avqust 2019

Digər Xəbərlər

20 İyul 2019 - 12:16

FHN:"Yanğının İlisu Dövlət Təbiət Qoruğunun ərazisinə keçməsinin qarşısı alınıb"

AW000157

İyulun 19-da Qax rayonunun Ağyazı kəndi yaxınlığında dağlıq ərazidə 290 ha sahədə quru ot və kol-kos yanıb.

Azərbaycan Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, yanğın FHN-nin yanğından mühafizə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin ərazi üzrə yerli bölmələrinin əməkdaşları və yerli sakinlər tərəfindən söndürülüb.

FHN-dən verilən məlumata görə, görülən birgə operativ tədbirlər nəticəsində yanğının İlisu Dövlət Təbiət Qoruğunun ərazisinə keçməsinin qarşısı alınıb.