XƏBƏR LENTİ

16 Dekabr 2019
15 Dekabr 2019
14 Dekabr 2019

Digər Xəbərlər

21 İyul 2019 - 13:58

İranda növbəti güclü zəlzələ baş verib –4,3 bal gücündə

İranın qərbində yerləşən Lorestan vilayətinin Sepid Dəşt rayonunun 3 kilometrliyində 4,3 bal gücündə zəlzələ baş verib.

Bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 12:54-də 10 kilometr dərinlikdə qeydə alınıb.

İtki haqda məlumat verilməyib. /Trend

Xatırladaq ki, 8 iyulda İranın cənub-qərbində Xuzistan vilayətində 5,7 bal gücündə baş verən zəlzələ nəticəsində 1 nəfər həlak olub, 112 nəfər yaralanıb. /Trend