XƏBƏR LENTİ

18 Avqust 2019
17 Avqust 2019

Digər Xəbərlər

22 İyul 2019 - 14:05

Respublika Klinik Xəstəxanasında intihar –35 yaşlı kişi özünü 3-cü mərtəbədən atdı

Bu gün səhər saatlarında Bakıda Akademik Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasında intihar faktı qeydə alınıb.

Strateq.az xəbər verir ki, bununla bağlı oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

1984-cü il təvəllüdlü Nazim Fəridov özünü xəstəxana binasının üçüncü mərtəbəsindən atıb. O, hadisə yerində ölüb.

Məlumatlara görə, N.Fəridov iyulun 19-da intihar məqsədilə damarlarını kəsib və yaxınları tərəfindən bu xəstəxanaya gətirilib.

İntiharın səbəbləri məlum deyil. Faktla bağlı araşdırmalar aparılır.