XƏBƏR LENTİ

23 Avqust 2019
22 Avqust 2019

Digər Xəbərlər

13 Avqust 2019 - 10:00

Ermənistan silahlı qüvvələri atəşkəsi 22 dəfə pozub- Müdafiə Nazirliyi

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Qaraqaşlı, Kəngərli, Yusifcanlı, Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.