XƏBƏR LENTİ

17 Noyabr 2019
16 Noyabr 2019
15 Noyabr 2019

Digər Xəbərlər

13 Avqust 2019 - 13:01

Magistral yollarda hərəkət edən sürücülərə çağırış- Dövlət Avtomobil Nəqliyyatı Xidməti

Dövlət Avtomobil Nəqliyyatı Xidməti (AHNX) Qurban bayramı ilə əlaqədar ölkənin magistral yollarında hərəkət edən nəqliyyat vasitələrinin sürücülərinə çağırış edib.

Trend-in məlumatına görə, qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, Qurban bayramı ilə əlaqədar olaraq gücləndirilmiş iş rejimi bu gün artıq başa çatır:

“Ona görə də, Qurban bayramı ilə əlaqədar olaraq regionlara gedən və hazırda Bakıya qayıdan sürücülərdən xahiş edirik ki, yoldakı sıxlığı nəzərə alsınlar. Həmçinin magistral yollarda şəxsi avtomobilləri ilə hərəkət edən sürücülər ötmə əməliyyatlarına düzgün əməl etsinlər, sürət həddini aşmasınlar və digər qayda pozuntusuna yol verməsinlər”.