XƏBƏR LENTİ

24 Avqust 2019
23 Avqust 2019

Digər Xəbərlər

13 Avqust 2019 - 13:12

Sabah hava necə olacaq?- PROQNOZ

Bakı və Abşeron yarımadasında avqustun 14-də hava yağmursuz keçəcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

ETSN-dən verilən məlumata görə, havanın temperaturu gecə 18-22° isti, gündüz 27-32° isti, Bakıda gecə 20-22° isti, gündüz 29-31° isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70%, gündüz 40-50% olacaq.

Abşeron çimərliklərində şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti, Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə  şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz  31-36° isti, dağlarda gecə 11-16° isti,  gündüz  19-24°  isti təşkil edəcək.