XƏBƏR LENTİ

14 Oktyabr 2019
13 Oktyabr 2019
12 Oktyabr 2019

Digər Xəbərlər

14 Avqust 2019 - 10:00

Jirinovski müdafiə nazirinin təyyarəsinə yaxınlaşan NATO qırıcılarına sərt reaksiya verib –VİDEO

Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski  Müdafiə naziri Sergey Şoyqunun Kalininqraddan Moskvaya qayıdarkən onun olduğu təyyarəyə Baltik dənizinin neytral suları üzərində NATO-ya məxsus F-18 qırıcıların yaxınlaşması ilə bağlı məlumata münasibət bildirib. 

Partiya sədri Telegram səhifəsində vurğulayıb ki, Rusiyanın birinci şəxslərini daşıyan təyyarələrə yaxınlaşan istənilən xarici obyektləri vurmaq lazımdır: “Biz böyük rəhbərlərimizi risk altına qoya bilmərik. Onlar bir dəfə vurulsa, daha heç vaxt bizim təyyarəyə yaxınlaşmayacaqlar”.Xatırladaq ki, avqustun 13-də Rusiya Müdafiə naziri Sergey Şoyqu Kalininqraddan Moskvaya qayıdarkən onun təyyarəsinə Baltik dənizinin neytral suları üzərində NATO-ya məxsus F-18 qırıcıları yaxınlaşıb. Nazirin təyyarəsini müşaiyət edən SU-27-lərin müdaxiləsi nəticəsində Britaniya Hərbi Hava Qüvvələri Krallığına məxsus qırıcılar uzaqlaşıblar.