XƏBƏR LENTİ

21 Sentyabr 2019
20 Sentyabr 2019

Digər Xəbərlər

18 Avqust 2019 - 18:00

Xilasedicilər Bakıda intihar etmək istəyən şəxsi fikrindən daşındırıb –FHN-dən açıqlama

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.