XƏBƏR LENTİ

23 Sentyabr 2019

Digər Xəbərlər

18 Avqust 2019 - 21:35

İranın “Grace 1” tankeri Cəbəllütariqi bu gecə tərk edəcək –İranlı səfirdən açıqlama

İranın “Grace 1” tankeri Cəbəllütariqi avqustun 18-də, yəni bazar günü tərk edəcək.

Bu barədə İranın Böyük Britaniyadakı səfiri Həmid Baidinejad şəxsi “Twitter” səhifəsində yazıb.

“Gəminin bu gün axşam dənizə çıxacağı gözlənilir”, – deyə diplomat bildirib. Onun sözlərinə görə, avqustun 15-də Cəbəllütariq hökuməti gəminin azad olunması barədə məlumat verdikdən sonra liman prosedurları və gəminin yeni komandasının toplanılması üzrə fəal şəkildə işlər aparılıb.

Bundan bir qədər əvvəl İranın Limanlar və Gəmiçilik Təşkilatının sədr müavini Cəlil İslami bildirib ki, tankerin adı dəyişdirilərək “Adrian Darya” olacaq. /APA