XƏBƏR LENTİ

17 Sentyabr 2019

Digər Xəbərlər

20 Avqust 2019 - 20:42

İcra Hakimiyyəti:"Qubada taxıl sahəsində başlayan yanğın alma bağlarına keçib"

Quba rayonunun Alpan kəndində 5 hektar biçilmiş taxıl sahəsi yanıb.

Bu barədə Trend-ə açıqlamasında Quba rayon İcra hakimiyyəti başçısının müavini Xanlar Heybətov bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində yanğın yaxınlıqdakı alma bağlarının ərazisinə keçib: “Bu ərazidə sovet dövründən qalan alma ağacları var, yəni sahibkarlıq subyekti deyil. Həmin yerdə 30-40 sot alma ağacları olan ərazidə quru ot yanıb. Yanğın tam söndürülüb və heç kimə ziyan dəyməyib”.