XƏBƏR LENTİ

18 Noyabr 2019
17 Noyabr 2019
16 Noyabr 2019

Digər Xəbərlər

21 Avqust 2019 - 18:31

ETSN:"Meşə yanğınlarının böyük əksəriyyəti insanların səhlənkarlığı ucbatından baş verir"

“Yanan meşə sahələrinin hamısında payız mövsümündə ağaclar əkiləcək, yanan ərazilərin tez bir zamanda bərpa olunmasına çalışacağıq”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova bildirib. Onun sözlərinə görə, dünyanın bir çox yerlərində meşə yanğınları tüğyan edir, nəticədə insan tələfatı baş verir, minlərlə hektar meşə sahəsi insanların səhlənkarlığı, məsuliyyətsizliyi ucbatından məhv olur:

“Şükürlər olsun ki, bizdə bu cür genişmiqyaslı yanğınlar baş verməyib, insan tələfatı olmayıb. Amma yenə də bütün vətəndaşları ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına həssas yanaşmağa çağırırıq. Çünki meşə yanğınlarının səbəbləri ilə bağlı mütəxəssislərin apardığı təhlillər və monitorinqlər göstərir ki, yanğın hadisələrinin çox böyük əksəriyyəti insanların səhlənkarlığı, odla ehtiyatsız davranışı ucbatından və deyərdim ki, bəzi hallarda bilərəkdən, qəsdən törədilməklə baş verir”.

İ.İbrahimova deyib ki, bu cür etinasızlıq, yaxud qəsdən yanğının törədilməsi dövlət büdcəsinə milyonlarla zərər vurur: “Biz belə halların azalması və ümumiyyətlə, baş verməməsi üçün təxirəsalınmaz tədbirlər görürük və bundan sonra da görəcəyik. Təəssüf ki, bəziləri təbiətdə olarkən yanğın təhlükəsizliyi qaydalarına əməl etmir və olacaqları düşünmürlər. 2 gündür isti havada gecə-gündüz həyatları bahasına alovun qarşısına çıxıb onu söndürənlərə ən azı afərin deyirik. Sağ olun. Halal olsun sizlərə! Meşə sahələri ən qiymətli milli təbii sərvətimizdir. Təbiətin bu qiymətli nemətini qorumaq hər birimizin borcu olmalıdır”.