XƏBƏR LENTİ

18 Noyabr 2019
17 Noyabr 2019
16 Noyabr 2019

Digər Xəbərlər

21 Avqust 2019 - 19:02

Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri açıqlanıb- Təhsil Nazirliyi

Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, avqustun 21-də 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri açıqlanıb.

Nəticələrə görə, 8 808 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.

Qeyd edək ki, ixtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər təhsil haqqında sənədin əsli, tibbi arayış, şəxsiyyət vəsiqəsi (surəti), 3×4 sm. ölçüdə 4 ədəd fotoşəkil və hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) 22-27 avqust tarixlərində qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.