XƏBƏR LENTİ

15 Noyabr 2019
14 Noyabr 2019

Digər Xəbərlər

22 Avqust 2019 - 16:27

Zakir Qaralov Quba və Qusar sakinlərini qəbul edəcək –Bu tarixdə

Baş prokuror Zakir Qaralov cari il avqustun 30-da saat 10:00-da Quba rayon prokurorluğunun inzibati binasında Quba və Qusar rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluqdan Strateq.az-a verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Quba rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.