XƏBƏR LENTİ

23 Sentyabr 2019

Digər Xəbərlər

22 Avqust 2019 - 16:33

Bakıda taxta bazarı yanır –FHN səbəbin məlum olmadığını deyir + VİDEO

Bakının Nərimanov rayonunda “Baksol yolu” adlanan ərazidə taxta bazarı yanır.

Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsinin rəhbəri Gülçin Mehdiyeva bildirib ki, hadisə yerinə yanğından mühafizə qüvvələri, yanğınsöndürmə maşınları və bir yanğınsöndürmə qatarı cəlb edilib.

“Baş verən hadisə böyük yanğın hesab edilir. Hazırda yanğının söndürülməsi üçün müvafiq tədbirlər görülür. Yanğının baş vermə səbəbi hələlik məlum deyil. Hadisə barəsində əlavə məlumat veriləcək” – deyə G.Mehdiyeva bildirib.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev hadisə yerinə gəlib.

Hələ yanğının qarşısını almaq mümkün olmayıb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, hadisə yerinə 10 Təcili Yardım briqadası göndərilib: “Hələlik Təcili yardıma bir nəfər FHN-nin yanğınsöndürəni müraciət edib”.

Report