XƏBƏR LENTİ

17 Sentyabr 2019

Digər Xəbərlər

23 Avqust 2019 - 23:54

Azərbaycanın şimalında güclü külək –Kənd təsərrüfatına ciddi zərər dəyib

Azərbaycanın şimalında güclü külək kənd təsərrüfatına ciddi zərər vurub.

“Report”un verdiyi məlumata görə, respublikanın şimal zonasında axşam saatlarında əsən güclü külək ağaclardakı meyvələri yerə töküb.

Güclü külək Quba və Xaçmaz rayonlarında, həmçinin Xudat şəhərində meyvə bağlarında və fərdi təsərrüfatların ağaclarındakı meyvələri yerə tökməklə yanaşı, ağacların budaqlarını da zədələyib.

Qeyd edək ki, əksər meyvələr payız aylarında yetişir. Bunlardan qoz, alma, armud, şaftalı yerə tökülüb. Nəticədə təsərrüfat sahiblərinə ciddi ziyan dəyib.