XƏBƏR LENTİ

18 Noyabr 2019
17 Noyabr 2019
16 Noyabr 2019

Digər Xəbərlər

30 Avqust 2019 - 16:29

“Eurovision”un keçiriləcəyi şəhər bəlli olub

“Eurovision” beynəlxalq musiqi müsabiqəsinin keçiriləcəyi yer məlum olub.

Növbəti yarış Hollandiyanın Rotterdam şəhərində baş tutacaq.

Təşkilatçılar bu şəhəri xüsusi tarixi və fərqləndirici xüsusiyyətlərinə görə seçiblər.

“Biz “Ahoy” konsert zalını seçirik, çünkü bu konsert zalı bizim parametrlərə daha çox uyğun gəlir”, – təşkilatçılar bildiriblər.

Müsabiqənin yarımfinalı 2020-ci il 12 və 14 may tarixlərində, final isə mayın 16-da keçiriləcək.

Qeyd edək ki, bundan əvvəl Amsrterdamın “Eurovison”dan imtina etməsi xəbəri yayılmışdı. Haaqa və Breda şəhərlərinin rəhbərlikləri də müsabiqənin keçirilməsinə razılıq verməyiblər. (APA)