XƏBƏR LENTİ

18 Sentyabr 2019
17 Sentyabr 2019

Digər Xəbərlər

07 Sentyabr 2019 - 12:08

“Telegram”dan mühüm yenilik- İstifadəçilərin öz nömrələrini gizləmək imkanı olacaq

“Telegram” messencer xidməti istifadəçilərə öz telefon nömrələrini gizləmək imkanı verən yenilik edib.

Əvvəllər də mövcud olan “telefon nömrəsini heç kimə göstərmə” proqramı bir az da genişləndirilib.

Bundan sonra “Telegram” hesabının yaradılması zamanı istifadə edilmiş telefon nömrəsi istifadəçinin hətta kontaktlarında olan şəxslərdən də gizli saxlanacaq.

Əvvəllər belə bir variant yox idi.

“Telegram” bildirir ki, yeni variantın tətbiqi bu platformada ünsiyyət quran insanların təqiblərə məruz qalması ilə bağlıdır.

“Telegram”ın bu barədə bəyanatında deyilir ki, “istifadəçilər öz rəylərini ifadə etmək və öz aralarında məxfi olaraq ünsiyyət qurmaq hüququna malikdirlər”.

Söhbət ilk növbədə Telegram-dakı çat qruplarından gedir. “Telegram” bildirir ki, bu yaxınlarda Honq Konqda keçirilən etiraz aksiyalarında fəallar məhz bu platformada ünsiyyət qururdular.

“Telegram” messencer xidməti Rusiyada rəsmən qadağan edilib. Buna səbəb Telegram rəhbərliyinin məlumatların şifrə açarlarını Federal Təhlükəsizlik Xidmətinə verməkdən imtina etməsi idi.

Qadağana baxmayaraq “Telegram”dan Rusiyada istifadə olunması davam edir və istifadəçilərin arasında vəzifəli rəsmilər də var.

“Telegram”ın yaradıcısı Pavel Durov deyib ki, onun messencer xidməti hətta hər hansı dövlətin qanunlarına uyğun olmadığı təqdirdə də istifadəçilərin sərbəst fikir bildirməsinə imkan yaradacaq. (azadliq.org)