XƏBƏR LENTİ

17 Sentyabr 2019

Digər Xəbərlər

10 Sentyabr 2019 - 21:27

Neftçalada faciə: çobanı ildırım vurdu –Həkimlər həyatını xilas edə bilmədi

Neftçalada çobanı ildırım vurub.

Hadisə rayonun Tatarməhlə kəndindəki obada baş verib.

Obada çoban işləyən 1991-ci il təvəllüdlü Gərayev Vaqif Azər oğlunu ildırım vurub. İlkin məlumata görə, çöldə qoyun otaran çobanlar 5 nəfər olublar. İldırım aralarına düşdüyündən zərbədən hamısı yerə yıxılıb. Digər dörd nəfər bir neçə dəqiqədən sonra ayağa qalxıb.

Lakin V.Gərayevin vəziyyəti ağır olduğundan o, Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ilk tibbi yardım göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq V. Gərayev xəstəxanada keçinib.

V.Gərayev əslən Şamaxı rayonundandır/Report.